Xidmətlər
İki istiqamət üzrə xidmətlər. Hər xidmətin şərtləri və müraciət forması öz səhifəsindədir.
TECH OF — texniki ofis xidmətləri 10
Layihə sənədlərinin yoxlanılması
İşçi layihələrin, çertyojların və texniki spesifikasiyaların təhlili; ziddiyyətlərin, çatışmazlıqların və dəqiqləşdirmə tələb edən məqamların qeydiyyatı.
Ətraflıİş həcmlərinin hesablanması
Layihə çertyojlarına əsasən iş həcmlərinin çıxarılması, ölçü vahidlərinin və hesablamaların sistemləşdirilməsi.
ƏtraflıSmeta və büdcə hazırlanması
Hesablanmış iş həcmlərinə uyğun smeta və ilkin büdcə tərtibi, qiymət əsaslarının göstərilməsi.
ƏtraflıMaterial ehtiyaclarının hesablanması
Layihəyə əsasən material tələbatının müəyyən edilməsi, material və miqdar siyahılarının hazırlanması, satınalma üçün texniki məlumatların sistemləşdirilməsi.
ƏtraflıTender sənədlərinin hazırlanması
Tenderə uyğun texniki təklif, iş həcmləri, qiymət cədvəlləri və texniki əlavələrin hazırlanmasına dəstək.
Ətraflıİcra sənədlərinin hazırlanması
Görülmüş iş həcmlərinin yoxlanılması, aktlar və müvafiq icra sənədlərinin hazırlanmasına dəstək.
ƏtraflıLayihə dəyişikliklərinin hesablanması
Dəyişikliklərin iş həcmlərinə, material tələbatına və büdcəyə təsirinin təhlili.
Ətraflıİş qrafiklərinin hazırlanması
Layihə müddətlərinin planlaşdırılması, fəaliyyətlərin ardıcıllığı, mərhələlər və irəliləyişin izlənilməsi.
ƏtraflıTexniki hesabatların hazırlanması
Görülmüş və qalıq işlər, layihə statusu, risklər və açıq məsələlər üzrə hesabatların tərtibi.
ƏtraflıTexniki sənədlərin idarə edilməsi
Layihə sənədlərinin qeydiyyatı, reviziya izlənilməsi, paylanması və sənəd dövriyyəsinin idarə edilməsinə dəstək.
ƏtraflıQA/QC — keyfiyyət xidmətləri 7
QA/QC Konsaltinq və Keyfiyyətin İdarə Edilməsi
Layihə üzrə keyfiyyət idarəetmə yanaşmasının qurulması, keyfiyyət planlaşdırılması, proseslərin təkmilləşdirilməsi və nəzarət mexanizmləri.
ƏtraflıQA/QC Sənədləşdirilməsi və Prosedurların Hazırlanması
PQP/QMP, ITP, Method Statement, checklist, WIR/RFI, MIR, NCR, prosedurlar, reyestrlər və digər razılaşdırılmış QA/QC sənədlərinin hazırlanması və ya nəzərdən keçirilməsi.
ƏtraflıKeyfiyyət üzrə İnspeksiya və Nəzarət
Sahədə və ya razılaşdırılmış qaydada uzaqdan inspeksiya, işlərin qəbul meyarlarına uyğunluğunun yoxlanılması və müşahidələrin qeydiyyatı.
ƏtraflıISO 9001 üzrə Konsaltinq və Keyfiyyət Auditləri
ISO 9001 üzrə boşluq təhlili, proses xəritələndirmə, QMS sənədləri, daxili auditə hazırlıq və daxili audit dəstəyi.
ƏtraflıTexniki Keyfiyyət və Uyğunluğun Qiymətləndirilməsi
Material, texniki submittal, spesifikasiya, test və keyfiyyət qeydlərinin layihə tələblərinə uyğunluğunun texniki baxışı.
ƏtraflıQA/QC Təlimləri və Peşəkar İnkişaf
QA/QC əsasları, sənədləşmə, inspeksiya, ISO 9001 və layihə keyfiyyət prosesləri üzrə fərdi və korporativ təlimlər.
ƏtraflıKənardan Cəlb Edilən (Outsourcing) QA/QC Xidmətləri
Müəyyən müddətə və ya layihə əsasında QA/QC mühəndis dəstəyi, sənədləşmə və keyfiyyət koordinasiyası.
ƏtraflıLayihəniz üçün keyfiyyət həllini birlikdə müəyyən edək
Layihə ehtiyaclarınızı və ya təlim tələblərinizi komandamızla müzakirə edin.
